Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Abituriyentlər ixtisası seçəndə təkcə öz balını deyil, ailə vəziyyətini də nəzərə alsınlar”

“Abituriyentlər ixtisası seçəndə təkcə öz balını deyil, ailə vəziyyətini də nəzərə alsınlar”

“Bu il ali təhsil müəssisələrinə qəbul üçün plan yerlərinin sayı 51 mindən çox olub. Bunlar mülki ali məktəblərdir, bunlarla yanaşı xüsusi ali təhsil müəssisələri də var”. 

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. 

 

M. Abbaszadə qeyd edib ki, bu il sənəd verənlərin sayı 10 min nəfər artıb. O deməkdir ki, müsabiqə vəziyyəti də artacaq: “Hər kəs öz ixtisasını seçəndə təkcə öz balını deyil, ailə vəziyyətini də nəzərə almalıdır. Ödənişli təhsili seçən şəxs təhsil krediti də götürə bilər. Əgər bunu götürmək istəmirlərsə, öz ailələri ilə məsləhətləşsinlər. Kim əvvəlcədən bilir ki, ödənişli təhsil ala bilməyəcək, məsləhət görmürəm ki, həmin ixtisası yazıb kiminsə yerini tutsun”. 

M. Abbaszadə əlavə edib ki, ixtisas seçimi yalnız abituriyentin öz seçimi olmalıdır. Bununla bağlı mərkəzlər açılıb və orada abituriyentlərə köməklik olunur.