Bir neçə gündür sosial şəbəkələrdə əsgərlərimizin arzularını əks etdirən videolar paylaşılır. Bu videolara reaksiya demək olar ki, həmin dəqiqə öz əksini tapır.
SHOWNEWS.AZ xəbər verir ki, iki əsgərimizin də arzusunu müğənni Rəqsanə İsmayılova gerçəkləşdirib:
"Mən müharibə vaxtı orduya yardım edə bilmədim. Bir şey etməsəydim, bunu özümə bağışlaya bilməzdim. Nə yaxşı bu iki video qarşıma çıxdı. Əsgərlərimizdən biri qara rəngli Jiquli 07 istəyirdi, digəri Niva istəyirdi. Maşının birini mən alıram, digərini həyat yoldaşım Fazil bəy hədiyyə edəcək.
Bu etdiyimlə də əsgərlərimizin borcundan çıxmaq üçün çox azdır. Allah Azərbaycanımızı, Ali Baş Komandanımızı və bütün hərbçilərimizi qorusun".