Sosial şəbəkələrdə azyaşlı uşağa tütün məmulatı verən şəxsin görüntüləri yayılıb.
AZXEBER.COM xəbər verir ki, görüntülərdə bir şəxsin azyaşlı uşağa siqaret verməsi əks olunub.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət bildirilib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb:
"2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq-diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.