Atlas Fərəcova adlı bloger sevgilisi tərəfindən döyüldüyünü iddia edib.
SHOWNEWS.AZ xəbər verir ki, o, idarə etdiyi instaqram səhifəsində zorakılığa məruz qaldığı şəkilləri yayımlayıb.
"İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da" deyə, Atlas paylaşımında yazıb.
Atlas Daxili İşlər Nazirliyinə müraciət edib. O, daha sonra "İnanmayanlar Sabunçuda xəstəxanaya müraciət edib, maraqlana bilərlər. Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam" sözlərini əlavə edib.