Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yardımlıda 2 bacı bir kişiyə ərə getməyə MƏCBUR EDİLDİ

Yardımlıda 2 bacı bir kişiyə ərə getməyə MƏCBUR EDİLDİ

Yardımlı rayonunda yaşayan qadın ailəsindən canını qurtaraq ayaqyalın, uşağı ilə birlikdə Bakı şəhərinə gəlib. Buna səbəb onun bacısının həyat yoldaşı ilə evlənməyə məcbur edilməsi olub.

 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, qızın ailəsi də bu izdivacda həmin "Ər"ə yardım ediblər:

 

"Həmin bəy, qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki "Sən mənim kəbinli arvadımsan". "Ər" qızı boğaraq onula zorla münasibətdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "Ər" Yardımlı rayonu Arvana kənd məktəbinin direktorudur.

 

Mümükünsə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu direktorla məşğul olsun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.

 

Yardımlı polis əməkdaşı mənə zəng vurdu, bizdə Yardımlı sakini olub-olmadığını soruşdu. Biz də onu məlumatlandırdıq. Dedi həmin "Ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. 3 saat keçmədən bu polis əməkdaşı bütün nəslini yanına alıb gəldi.

 

Həmin polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, adam axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında əməkdaşmıza hədə qorxu gəlib, amma polis bu hədənin qarşısını almayıb.

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirik ki, orta əsr qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürsünlər. Yeri gəlmişkən, qadının və uşağının sənədləri girov saxlanılıb. Həmin sənədlər mümkünsə alınıb şəxsin özünə verilsin.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqlərə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə...".

 

Mehriban Zeynalova Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna təşəkkürünü bildirib. Qurum rəsmisi, Vüsal Axundov tərəfindən həmin qadına dərhal ilkin yardım göstərildiyini, uşağa və anasına yemək verildiyini, hər ikisinə ayaqqabı alındığını və sığınacağa yönləndirildiyini bildirib.