Bir neçə gün öncə DTX tərəfindən "Tik-Tok" sosial şəbəkəsi bloklandı. Bu xəbərə sevinənlər olduğu kimi, guya sevinənlər də oldu.
SHOWNEWS.AZ xəbər verir ki, "sevincəklər" adıçəkilən sosial şəbəkəyə girə bilmədikləri üçün VPN proqramlarını yükləməyə başlayıb. Statistika isə çox dəhşətlidir.
Təsəvvür edin "Google Play"də TOP 10-luğun bütün pillələrini VPN proqramları tutur.
Hətta TOP 50-dən 33 yer VPN proqramlarına aiddir.
Qeyd edək ki, VPN - Virtual Şəxsi Şəbəkə deməkdir. Və bu proqramdan istifadə edən istifadəçi internetə qoşulma şəbəkəsini bir neçə saniyə ərzində digər ölkənin şəbəkəsinə qoşur. Bununla da asanlıqla bloklanmış saytlara, proqramlara daxil ola bilir.