Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Park cinema” ermənipərəst Corc Kluninin filmini YAYIMDAN QALDIRDI - VİDEO

“Park cinema” ermənipərəst Corc Kluninin filmini YAYIMDAN QALDIRDI - VİDEO

Dünya şöhrətli aktyor Corc Kluninin baş rolda oynadığı "Cənnətə bilet" filminin yayımı ölkənin ən böyük kinoteatrlar şəbəkəsindən biri olan "Park cinema" nümayişini  dayandırdı. 
 

Bu, telejurnalist İsa Şükürovun aktyorun bütün fəaliyyəti boyu Ermənistan dövlətinə sevgisindən savayı, qatı türk - Azərbaycan əleyhdarı biri olması haqda çıxışından sonra baş verdi. 
 

"Park Cinema" öncə filmlə bağlı bütün posterləri sosial şəbəkə hesablarından sildi, daha sonra isə filmin yayımını da 1 gün ərzində dayandırdı. 
 

Biz isə öz növbəmizdə "Park Cinema" kinoteatrlar şəbəkəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.