Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Nazirliyin gördüyü tədbirdən razı deyiləm” - Döyülən şagirdin valideyni

“Nazirliyin gördüyü tədbirdən razı deyiləm” - Döyülən şagirdin valideyni

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.

Döyülən şagirdin valideynləri Baku TV-yə danışıblar.

 

Açıqlama zamanı şagirdin atası Namiq Zeynalov məsələ ilə bağlı nazirliyə şikayət etdiyini bildirib:

“Nazirliyin gördüyü tədbirdən razı deyiləm. Nazirlik düzgün tədbir görməsə, mən fikirləşməli olacam. Şifahi töhmət yazılıb. Uşaq da qalıb məktəbdə oxuyur”.

Şagirdin anası Səidə Zeynalova:

“İctimailəşib, gedib bütün məktəblərin təlim-tərbiyyəsini təmin etsinlər. Mən heç nə demirəm”.

Şagirdin nənə və babası isə məsələdən görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəbər tutduqlarını bildiriblər.