Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.
O qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub: "Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".
Qeyd edək ki, bir müddət əvvəl şəhid qardaşına şəhid ailə üzvü statusunun verilib-verilməsi müzakirələrə səbəb olmuşdu. Məlumat üçün bildirək ki, şəhidin vərəsəsi ilə şəhid ailə üzvü ayrı anlayışlardır.
Məsələ ilə bağlı ilk məlumatı modern.az saytı yayıb.