Tanınmış həkim, oftalmoloq doktor Cahid Şahbazov Azərbaycan, Rusiya və bütün Qafqaz ərazisində bir ilki gerçəkləşdirib.
O, gözdaxili təzyiqin qeyri-invaziv tənzimlənməsinə imkan verən “EyeWatch” qlaukoma (Qara su xəstəliyi – red.) implantı əməliyyatını icra edib. C.Şahbazov əməliyyatla bağlı fikirlərini belə dilə gətirib:
“Dünyada bununla bağlı maksimum 30 əməliyyat gerçəkləşdirilib. Üstünlüyü ondadır ki, qara su xəstələrində yaşanılan fəsadların qarşısını alır. Gözün içərisinə bir alət qoyuruq və onun təzyiqini istədiyimiz zaman artırıb-azaldırıq. Baş ofis əməliyyat videomuzu tədris metodu olaraq istifadə edəcək.
Dünyanın dörd bir yanından həkimlər bu videoya baxıb öyrənəcəklər. Çox qürurluyam. Bu əməliyyat məni həyəcanlandırdı və içimdəki peşə sevgimi artırdı. Komandam və mən bir çox Azərbaycanda edilməmiş əməliyyatları həyata keçirməyə, insanların dərdinə çarə olmağa çalışacağıq”.