“2021-ci ildə orta hesabla bağlanan hər 3-cü nikah boşanma ilə nəticələnib. Halbuki 10 il öncə hər 8-ci nikah uğursuzluğa düçar olurdu”.
Bu fakt Bakı Araşdırmalar İnstitutunun Dövlət Statistika Komitəsinin hesabatı əsasında hazırladığı infoqrafikada yer alıb.
Məlumata əsasən, 2021-ci ildə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,7 olub: “2019-cu ildə də bu göstərici qeydə alınmışdı. Bu isə 1990-cı ildən bəri ən yüksək göstəricidir. Nikaha gəlincə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 10 il əvvəlki dövrlə müqayisədə azalaraq 9,7-dən 5,6-ya düşüb”.
Qeyd olunur ki, kişilərdə boşanma halları daha çox 30-34 yaş (25,9%), qadınlarda isə 25-29 yaş (24,8%) dövründə baş verib.