İnstaqram istifadəçiləri hesablarının dayandırılması və izləyici sayının azalması ilə bağlı şikayətlər etməyə başlayıblar.
Adıçəkilən şəbəkə tvitter hesabında məsələ ilə bağlı istifadəçilərə müraciət edib:
"Bəzilərinizin instaqram hesabınıza daxil olmaqda problem yaşadığını bilirik. Məsələni araşdırırıq və yaranan narahatlığa görə üzr istəyirik".
Qeyd edək ki, sözügedən problem ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İtaliya, Hollandiya, İspaniya, Avstraliya kimi ölkələrlə yanaşı Azərbaycanda da müşahidə olunur.