Göyçay rayonunun Çərəkə kəndində 14 yaşlı qızın valideynləri toy etməyə hazırlaşırlar.
Bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, bildirib ki, ailəsi qızı sabah Ağsu rayonunda yaşayan şəxsə ərə verməyə hazırlaşır.
K.Ağazadə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verildiyini qeyd edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb:
"Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".