Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın sabah olacaq toyun qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə Göyçay Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət əsasında məsələ araşdırılıb:
“İcra hakimiyyətinin müvafiq komissiyası və Göyçay Polis şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktı araşdırıldı və təsdiqini tapdı. Hal hazırda ailə polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılır. Əlbəttə yenə bu cahil ailə buna toy yox, nişan adı qoyub, lakin bu belə deyildi.
Bu toy idi, sabah qızı evliliyə Ağsuda qovuşduracaqdılar. Hansı maşında aparılacaqdı, o da məlum idi. Əsas məqsədimiz bu izdivacın dayandırılması, evlilik yaş həddinə qədər bunun cinayət olmasını bir daha diqqətə çatdırmaqdır”.
Xatırladaq ki, ərə veriləcək olan qız Göyçay rayonu Çərəkə kənd sakini, 10-cu sinif şagirdidir və ailəsi tərəfindən təhsildən yayındırılıb.