Alimlərin araşdırması qulaqlıqlardan istifadənin gənclərdə eşitmə itkisi riskini artırdığını ortaya qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMJ Global Health-in rəyli məqaləsindədərc edilən araşdırma, bir milyarddan çox yeniyetmə və gəncin eşitmə itkisi riski altında olduğunu aşkar edib.
Alimlər müəyyən ediblər ki, qulaqlıqla musiqi dinləmək və konsertlərə getmək erkən yaşlarda eşitmə itkisinə səbəb ola bilər.
Araşdırmaya rəhbərlik edən Lauren Dillarda bildirib ki, eşitmə itkisinin qarşısını almağın ən yaxşı yolu səsi azaltmaqdır.
"Təəssüf ki, insanlar yüksək səslə musiqi dinləməyi sevirlər, Qulaqlıqlardan mütəmadi və ya yanlış istifadə sağlamlığımıza zərər vurur, eyni zamanda eşitmə zəifliyinə gətirib çıxardır. Sağlamlığa daha çox ziyanı məhz daxili və ya vakuumlu qulaqlıqlar yetirir. Onlar kənar səs axınının qarşısını tam alır, səs şiddətini qulaq pərdəsinə yönəldirlər. Belə tip qulaqlıqdan istifadə 3-5 ilə insanda eşitmə qabiliyyətinin patoloji dəyişikliyinə yol aça bilər. Qulaqlıqdan gündə maksimum 1.5-2 saat yararlanmaq olar. Gecə yatağa girib qulaqlıqla yatmaq adətini birdəfəlik unutmaq gərəkdir. Qulaq kanalına girməyən qulaqlıqlara üstünlük vermək məsləhətdir. Əgər qulaqlıqda musiqi dinləmək istəyiriksə, mütləq səsi azaltmalıyıq”.