Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusdan sağalandan sonra yeni sindrom başlaya bilər

Koronavirusdan sağalandan sonra yeni sindrom başlaya bilər

Bəzi insanlarda koronavirusdan sağalandan sonra post-kovid sindromu özünü biruzə verə bilər.

SHOWNEWS.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə immunoloq Nikolay Kryuçkov “Sputnik” radiosuna müsahibəsində deyib.

Həkimin sözlərinə görə, ABŞ-dan alınan məlumatlara əsasən sindrom gənclər də daxil olmaqla COVID-19 xəstələrinin 20 %-də özünü göstərir.

Mütəxəssis bildirib ki, sindromda ən çox halsızlıq, zəif konsentrasiya, yuxu və yaddaş pozğunluqları, depressiya və əhval dəyişikliyi halları müşahidə olunur. 

“Əlavə olaraq ürək fəaliyyətinin pozulması var... Ağciyərlərin ciddi zədələnməsi ilə tənəffüs çatışmazlığı, sinə,qarın ağrısı və həzm pozğunluğu davam edə bilər. Ümumi əzələ və baş ağrıları da ola bilər”, - deyə Kryuçkov əlavə edib.

Həkim post-kovid sindromunun subxronik və ya xroniki sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, sindromlar ayrıca müalicə olunmalıdır