Audiovizual Şura “Baku TV”yə lisenziya verib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Şuranın iclasında qərar qəbul edilib.
Belə ki, Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: (“Baku TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.
Qeyd edək ki, "Baku TV" dünyanın və ölkənin müxtəlif yerlərindən ən vacib xəbərləri ekranlarımıza gətirir. Ən maraqlı və eksklüziv süjetləri məhz BAKU TV-dən izləyirsiniz.
Kanal yarandığı gündən etibarən ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosüjetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Xüsusilə Vətən müharibəsi zamanı BAKU TV-nin operativ fəaliyyəti, qaynar nöqtələrdən reportajları və hər saat canlı yayımları izləyicilərə dəqiq və dolğun məlumat almaq imkanı yaratdı.
Peşəkar jurnalistlərdən ibarət komandanın işi BAKU TV-yə qısa zamanda böyük auditoriya qazandırıb.