Gənc cütlüyün evlilik tövsiyəsi sosial mediada gündəm olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan gənc cütlük xoşbəxt evlilik üçün bəzi sərt qaydalarının olduğunu açıqlayıb.
Belə ki, ötən il iyulun 31-də ailə həyatı quran cütlüyün siyahı hazırladıqları və bu siyahıda heç vaxt qaydaları pozmadığı da bildirilib. Onların sözlərinə görə, xoşbəxt olmağın 4 əsas qadağası var.
Cütlüyün "xoşbəxt evlilik" üçün sadaladığı qadağalar və məhdudiyyətlər bunlardır:
-Məkan məlumatlarının 24/7 paylaşılması.
-Kompüter, mobil telefon, e-poçt, sosial media hesabları daxil olmaqla bütün parolların paylaşılması.
-Heç bir sirr saxlama.
-Qarşı cinslə tək vaxt keçirməmək.
Qeyd edək ki, cütlüyün sosial şəbəkədəki bu paylaşımı reaksiyaya səbəb olub. Bir çox istifadəçi bu münasibətdə heç bir güvən elementinin olmadığını, bəziləri isə bu münasibətin güvənli olduğunu deyib.