Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

COVID-19 xəstələri dərmanlarla təmin edilmir? - RƏSMİ AÇIQLAMA

COVID-19 xəstələri dərmanlarla təmin edilmir? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə evdə müalicə alan koronavirus xəstələrinə dərmanların pulsuz verilməməsi barədə məlumat paylaşılıb.

COVID-19 testi pozitiv çıxan şəxsin dərmanı pulsuz almaq hüququ olsa da, iddia edilir ki, bunun üçün 53 manat ödənilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, evdə müalicə alan vətəndaşlara dərmanlar pulsuz şəkildə verilir:

 

“Vətəndaşın paylaşdığı dərman paketi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə məxsus deyil. TƏBİB olaraq biz yalnız regionlar üzrə koronavirus xəstələrinə dərman paketi təqdim edirik”.