Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.
Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.
Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.