Sosial şəbəkələrdə yayılan Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin fotosu diqqət çəkib.
Bu gün çəkilən görüntüdə məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə istiliyin olmamasına etiraz ediblər.
Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir:
"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək".