
Bu gün sosial şəbəkədə ən geniş yayılan xəbərlərdən biri şair Ramiz Rövşənin prezidentin ona bağışladığı mənzili şəhid ailəsinə verməsi oldu.
SHOWNEWS.AZ xəbər verir ki, xəbər yayıldıqdan sonra məlum olub ki, bu sadəcə uydurmadır. Bu haqda şairin yaxın dostu, Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid yayılan xəbəri feysbuk hesabında təkzib edib: