Tanınmış teleaparıcı Mirşahin Ağayev rəhbəri olduğu və fəaliyyətə başlamasının sosial şəbəkələrdə müzakirə obyektinə çevrildiyi Real TV ilə bağlı açıqlama yayıb.
SHOWNEWS.AZ aparıcının Facebook sosial şəbəkəsində yazdığı həmin məlumatı təqdim edir:
“Real TV-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən TV-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik etmək olmaz? Amma nə baş verir?
Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşləri ilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kompaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi “qızıl qayda”nı unutmuşuq?
Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əksərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!
Mirşahin isə öz mövqeyi, adı, soyadı ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşı tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar:
Söyürlər! Özü də açıq yazırlar ki, Mirşahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və...
Məsələ də elə bu və bundan sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesiz yanaşan, ən yaxşı halda başqa adlarla, “trolcasına” boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan “ifrat ağıllılar” mənə öyüd-nəsihət verir. Hətta mənə, mənə e, Azərbaycanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır...
Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əsgər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində TV artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyatlı olmaq lazımdır.
...Bəs siz hardasınız, ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm! Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa, hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan “mənim səviyyəm deyil!” deyə imtina etmək yolu seçib?! elədirsə, hayıf...
Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə “qaloçka” xətrinə orda burda ara-sıra nə isə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın!
Görək kim kiminlədir? “Ay Ordu, ordu, görək kim kimə hürdü?” deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mirşahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq bilavasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!”
"Niyə məni söyürsüz?" Mirşahin

-
Emin “Sea Breeze”də 4 yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı
14:13
-
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
13:33
-
“Spiderman” 2 həftəyə 2 milyard dollara yaxın qazandı
22:04
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi
15:23
-
Dilarə Əliyeva nəvəsinin 1 yaşından - FOTOLAR
13:35
-
12 yaşlı oğluna avtomobil hədiyyə etdi - FACİƏ İLƏ NƏTİCƏLƏNDİ
11:04
-
“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu“ - MANAF DAVALARDAN BEZİBMİŞ
13:11
-
Nikahdan ilk fotonu özü paylaşdı RONALDO EVLƏNDİ
00:33
-
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi
12:43
-
Röya Ayxanın 12 ildən sonra Yaşıl Teatr qayıdışı: möhtəşəm gecədən unudulmaz anlar - FOTOLAR
15:23
-
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq - 60 MİN YENİ İŞ YERİ
01:46
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“
17:31
-
Paşinyan İlham Əliyevə zəng etdi - TARİXİ ZƏNG
15:59
-
17 yaşlı qıza toy edirdilər - POLİS QARŞISINI ALDI
19:02
-
Mehindən yeni klip - LABİRİNT - VİDEO
17:00
-
"Toppuş bacı"nın atas ıvəfat etdi
14:38
-
Tiktoker "Beniz"ə hökm oxundu - 10 İL 3 AY
19:06
-
Geyimini tənqid edənləri polislə hədələdi
12:05
-
Bugündən Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu
11:12
-
Zaur Kamalın oğlunun doğum günündən - FOTOLAR
22:55
-
“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
11:11
-
Xalq şairi Nəriman Həsənzadə dünyasını dəyişdi
10:07
-
Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu ailə qurur?
01:13
-
Dilan Polat, Mika Raun və digər məşhurları əməliyyat edən azərbaycanlı cərrah Azər Zeynalov kimdir?
22:21
-
Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər
21:46
-
Nigarı komaya salan həkimlərə bu cəza verildi
15:28
-
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da qanun pozuntuları aşkarlanıb
15:21
-
“Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
23:17
-
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTOLAR
13:55
-
Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUND
03:39
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
20:41
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
18:00
-
Aygün Kazımova ikonik obrazını 24 il sonra yenidən etdi FOTOLAR
17:43
-
"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"
14:08
-
Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTOLAR
18:00
-
Nanə Ağamalıyeva yeni mövsümdən efirə qayıdır - “NANƏLİ” OLACAQ
16:03
-
Tacikistanda hicab və saqqal qadağan edildi
13:39
-
İstirahətə oğlu ilə yollanan Oksananın başına iş gəldi - İKİSİ DƏ XƏSTƏXANALIQ OLDU
11:52
-
Nazir Flora Kərimovanı doğum günündə evində ziyarət etdi
00:00
-
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
19:36
-
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - RƏSMİ
12:05
-
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təstiqlədi
18:22
-
Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir
00:27
-
“Limon turşusu” həbs olundu
20:03
-
“Haqqıma girənləri, babalımı yuyanları Allaha həvalə etdim” - KİRAYƏDƏ YAŞAYIRMIŞ
12:44
-
Rəşad Dağlının oğlu yarışda birinci oldu
14:13
-
Ceki Çan Bakıda filmə çəkiləcək
12:23
-
Xoşqədəm Baxşəliyevanın oğlu beynəlxalq festivalda 1-cilik qazandı
20:22
-
Türkan Abbasovadan Bakı kəndləri ab-havasında sevgi mahnısı - SEVİRƏM SƏNİ - VİDEO
19:38
-
Mətanət İsgəndərli bədənşəkilləndirmə əməliyyatı etdirdi
21:57
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan
17:54
-
“Yaprak dökümü”nün “Şevket”inin son halı təəccübləndirdi
12:43
-
Şarliz Teronun oğlu ilə görüntüsü sosial medianı çalxalayır - FOTOLAR
02:52
-
Aygün Kazımova beynəlxalq festivalın bağlanışını edəcək
15:25
-
Bu gün səhər Flora Kərimova üçün Təcili Tibbi Yardım briqadası çağırılıb
12:29
-
Xatirə İslamın gözlənilən klipi yayımda - BİRİ SƏNSƏN, BİRİ MƏN - VİDEO
20:54
-
14 il шиддəт görən qadının əri saxlanıldı - FOTO
18:06
-
Qalmaqallı reklama çəkilən aktrisa danışdı - PROBLEM GÖRMÜRƏM
15:55
-
Bartunun adından dələduzluq FOTOLAR
12:40
-
Nilüferin qızı evləndi - FOTOLAR
11:49
-
Türkanın Bodrum tətili FOTOLAR
01:58
-
“Bədbəxt olmaqdansa, azad olmaq daha yaxşıdır” - Ayan
01:36
-
"Talehin reklamına görə qadınlar məni təhqir edir" - XANIMI DANIŞDI
20:15
-
“Azəridad” tüklü toyuqlardan kolbasa hazırlayırmış - FOTOLAR
18:52
-
Zaur Nəbioğluna vəzifə verildi
14:50
-
Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür FOTOLAR
14:38
-
Prokuror "Beniz"ə ağır cəza istədi
13:02
-
Media və Yayım Şurası yaradılır
12:59
-
"Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm" - GÜNEL
12:54
-
Aygün Kazımova və Röya Ayxan birlikdə HEYRANLARI NƏ GÖZLƏYİR?
21:29
-
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
17:39
-
“Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
16:53
-
Rafael Ağayevin atası dünyasını dəyişdi
15:29
-
Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu - “MAYKL” REKORD VURDU
03:21
-
Seda Sayanın ilk azərbaycanlı numeroloq qonağı Gövhər Sulcan oldu
17:18
-
Çinin TOP universitetinə qəbul alan daha bir azərbaycanlı tələbə
17:10
-
Bu titula sahib ilk qadın güləşçimiz oldu - REKORD
13:57
-
“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb”
13:36
-
İsmayıldan yeni klip DƏYİŞMƏYƏCƏYƏM - VİDEO
14:43
-
40 ilin ən yaddaqalan obrazları AYGÜN KAZIMOVANIN ARXİVİ FOTOLAR
19:12
-
"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"
13:16
-
Gənc xanəndənin atası qəzada dünyasını dəyişdi
18:55
-
"Dəbdəbəli həyatını paylaşanlar travmalı insanlardır"
12:38
-
Bakıda işləyənlərin orta maaşı 1386 manata yüksəldi
00:19
-
Qəzadan 1 il 7 ay sonra Aila yeriməyə başladı
18:22
-
“Saçda xətt qoymağı, kəkili, uzun yaxalıqları mən gətirmişəm”
21:09
-
İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat - FOTOLAR
18:48
-
Zaur Kamal qəzaya düşdü
14:51
-
Bakıda villaların kirayəsində rekord artım: Aylıq qiymətlər 30 min manata çatdı
12:05
-
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavab
00:27
-
Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı
00:26
-
Araz Ağalarovun həyat yoldaşı ilk dəfə danışdı
18:03
-
Ləman Ələşrəfqızının pulu geri qaytarıldı - Dələduz saxlanıldı
14:01
-
Yeni mahnı şəxsi hekayəyə əsaslanır? - İLQARƏ “GƏLMƏ DAHA” - VİDEO FOTOLAR
11:10
-
Leyla Əliyevanın doğum günüdür
02:18
-
Xoşqədəm Hidayətqızı Seda Sayanın qonağı olub
22:38
-
Avroviziya təmsilçimizə “Space”də YÜKSƏK VƏZİFƏ VERİLDİ
18:11
-
Mələkxanım Eyubova həyat yoldaşı haqda danışdı
14:10
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidində - FOTOLAR
12:53
-
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
00:45
Həftənin çox oxunanları