TikTok sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilir.
Hadisə ilə bağlı fotolar sosial şəbəkədə yayılıb. Bildirilib ki, TikTokda həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib. Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi hələlik açıqlanmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fotosu yayılan şəxsin görüntüləri polis orqanlarında çəkilməyib: “Görüntülər hansısa şəxs və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır”.