Bir neçə gündür "tik-tok” da paylaşımlar edirəm. Qısa da olsa digər paylaşımları izləyə bilirəm. Təsadüfən iki qızın bir-biri ilə canlı ”ünsiyyət” paylaşımlarını izlədim. İnciməsin məndən heç kim, amma izlədiyim "iki cır səsli küçə tazılarının” hürüşməsi idi".
AZXEBER.COM xəbər verir ki, bu sözləri politoloq, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
O bildirib ki, "tiktok"da canlı yayım açanlara maliyyə ayıranlar da çoxdur: "Ətrafdan da bu "iki dişi itin hürüşməsinə” maliyyə xərcləyənlər var idi. Belə başa düşdüm ki, əvvəl küçədə it döyüşdürənlər, indi "tik-tok” da tiktokerləri "döyüşdürürlər”. Çox-çox üzr istəyirəm yazdıqlarıma görə, amma görüntü belə idi.
Qeyd edək ki, "tiktok"da yayılan videolar və canlı yayımlarda səslənən bəzi ifadələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır.