Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanın olimpiya çempionu həbs edilib

Azərbaycanın olimpiya çempionu həbs edilib

Azərbaycanda tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarov həbs edilib.
 

SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.

Belə ki, istintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.