Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Güləşçimiz Avropa çempionatında QIZIL MEDAL QAZANDI

Güləşçimiz Avropa çempionatında QIZIL MEDAL QAZANDI

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona yaxınlaşır.

Qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ayxan Abdullazadə (61 kq) türkiyəli Emre Kuralla bacarmayıb–3:9.

Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn Bayramov Avropa çempionu olub.

Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub olub–5:7. Güləşçimiz təsəlliverici görüşdə moldovalı İvan İçizliyə uduzub-3:6.

Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı Andro Marqişviliylə bacarmayıb–13:23. Şabanov bürünc medal uğrunda ermənistanlı Sergey Sarqsyanla güləşib və son saniyədə qələbəni əldən verib-5:8.

Vaxit Qalayev (125 kq) Şimali Makedoniyadan olan Uveys Feyzulahu (10:0) və erməni Martin Simonyanı (10:3) məğlub etsə də, yarımfinalda gürcüstanlı Solomon Manaşviliyə “tuş”la uduzub.

Görüşdən sonra hər iki güləşçi qeyri-etik davranışlara görə yarışdan xaric edilib.