Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycan əsilli Böyük Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı

Azərbaycan əsilli Böyük Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cessika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında 3 qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, Qədirova əvvəlcə döşəmə üzərində hərəkətlərdə bütün rəqiblərini qabaqlayıb. O, 14.000 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə ikinciliyi onun həmyerlisi Alis Kinsella (13.666), üçüncü yeri isə Rumıniya idmançısı Sabrina Voynea (13.566) tutub.

Bundan əlavə, fərdi çoxnövçülük yarışında da Cessika Qədirova bütün rəqibləri üçün əlçatmaz olub. 55.032 xal toplayan Azərbaycan əsilli gimnast medal yarışında macarıstanlı Sofia Kovaçs (54.899) və italiyalı Alis Damatonu (54.500) geridə qoyub.

 

 

18 yaşlı idmançının da tərkibində olduğu Böyük Britaniyanın qadınlardan ibarət yığması da komandalararası yarışın qalibi olduğu üçün Qədirovanın Antalyadakı qazancı 3 qızıl medal olub.