Bu gün 4 güləşçimiz medal görüşünə çıxıb.
Onlardan 3-ü qızıl medal üçün mübarizə aparıb.
İkiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) finalda Adem Uzunla qarşılaşıb və rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Taleh Məmmədov (63 kq) həlledici görüşdə Leri Abuladzeyə (Gürcüstan) uduzub.
Sabah Şəriəti (130 kq) finalda Rza Kayaalpa (Türkiyə) uduzub.
İslam Abbasov (87 kq) isə bürünc medal uğrunda görüşdə Laşa Qobadzeyə (Gürcüstan) uduzub.