Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

4 cüdoçumuzdan qızıl medal - HALAL OLSUN!

4 cüdoçumuzdan qızıl medal - HALAL OLSUN!

22 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

Turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

Oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov, -55 kq. çəkidə Mirxaliq İskəndərov, -60 kq. çəkidə Məhəmməd Musayev, qızlar arasında isə -48 kq. çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Oğlanlar arasında -50 kq. çəkidə Əhməd Rüstəmov çempionatın bürünc medalını qazanıb. 

Qızlar arasında isə -40 kq. çəkidə Nigar Məmişova 7-ci yerə çıxıb.