Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək.
24 yaşlı hücumçu İsveçrə “Qrashoppers”indən “Hatayspor”a keçib.
Bununla bağlı klub özünün sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda futbolçunun adı açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, bu, Renat Dadaşovdur.
Hətta bu keçidi "Hatayspor" Aysel Əlizadənin ifasında super hitə çevrilən "Yandırdın kalbimi" mahnısı ilə paylaşıblar.