Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycan Strongmen Federasiyası dünya çempionatındadan birinciliklə döndü

Azərbaycan Strongmen Federasiyası dünya çempionatındadan birinciliklə döndü

16-17 dekabr 2023-cü il Rusiyanın paytaxtı Moskva Şəhərində keçirilən 29 Ölkənin 4000-dən çox idmançısının çıxış etdiyi “wrpf” üzrə 9-cu Dünya çempionatı keçirilib.

Bu Mötəbər Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi Strongmen Federasiyası rəhbərliyi başda olmaqla öz komandası ilə təmsil edib.

Elə yarışın ilk günündən idmançılarımızın xoş xəbərlərini almağa başlanılıb. Federasiya Prezidenti Bəxtiyar Quliyev uzun fasilədən sonra beynəlxalq arenada Deadlift hərəkəti üzrə 40-49 yaş kateqoriyasında 110 kq çəki dərəcəsində 290 kq çəkinin asanlıqla öhdəsindən gəlib bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır. Bu Quliyevin idman karyerasında 9-cu Dünya Çempionluğu oldu.

Federasiyanın Vitse Prezidenti Raif Süleymanov da 90 kq çəki dərəcəsində Deadlift hərəkəti üzrə 252.2 kq ram edərək rəqiblərindən üstünlüyünü sübüt etməklə idman karyerasına 4 cü dəfə Düna çemionu adını yazdıraraq qızıl medal qazanmış və Fəxri kürsünün yüksək pilləsində Himnimizi qürurla səsləndirmişdir.

Federasiyanın digər Vitse Prezidenti Namiq Cəfərov Güc İdman Növlərindən olan Strict Curl hərəkətində 40-49 yaş kateqoriyasında 74 kq çəkini qaldırraq həm qalib həm də Dünya rekorduna imza atıb.

Federasiyanın üzvü Nicat Hüseynov 100 kq çəki dərəcəində (təchizatla) 310 kq Deadlift hərəkətində Dünya rekordunu yeniləyərək qızıl medala layiq görülmüşdür. Eyni zamanda Hüseynov Strict Curl hərəkəti üzrə də 82.5 kq çəkini qaldıraraq bu yarışdan 2-ci qızıl medalını almışdır. Qeyd edək ki, Nicat Strict curl uzrə 100 kq çəkidə ilk Dünya çempionudur.

Tural Ağayev Strit curl üzrə 40-49 yaş kateqoriyası 100 kq çəkidə çıxış edərək 82.5 kq çəkini qaldıraraq Çemion adını qazanmışdır. 

Finyaz Əlisultanov Strict Curl üzrə 40-49 yaş kateqoriyasında 75 kq çəki dərəcəsində 70 kq çəkinin öhdəsindən gələrək fəxri kürsünün 2-ci pilləsində qərarlaşmışdır. 

Rövşən Xəlilov çempionatda 75 kq çəki dərəcəsində rəqiblərini ciddi fərqlə geri qoyaraq 1-ciliyi ələ almışdır. Ümumilikdə 707.5 kq (squat hərəkətində 245 kq, deadlift hərəkətində 292.5 kq, benchpress hərəkətində 170 kq ) 2 hərəkətin cəmində isə 462.5 kq (bench press, deadlift) pauerliftinq üzrə 2 qızıl medal qazanıb.