Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyə futbolunda tarixi transfer rəsmən açıqlandı - 75 MİLYON AVRO

Türkiyə futbolunda tarixi transfer rəsmən açıqlandı - 75 MİLYON AVRO

“Qalatasaray” nigeriyalı hücumçu Viktor Oşimenin transferini rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 4 illik sözləşmə imzalanıb.

Bu keçid üçün Türkiyə təmsilçisi “Napoli”yə 75 milyon avro ödəyəcək.

Bundan əlavə, oyunçunun sonrakı satışından əldə edilən gəlirin 10 faizi də İtaliya klubunun olacaq.

Müqaviləyə əsasən, oyunçu hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş, 1 milyon avro xalis loyallıq bonusu və 5 milyon avro imic hüquqları haqqı alacaq.

Qeyd edək ki, bu, Türkiyə futbol tarixində rekord transfer məbləğidir.