Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib.
Rəqibini 5:3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.




