Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tofiq Musayev vitse-prezident oldu MMA Federasiyasında yeni təyinat

Tofiq Musayev vitse-prezident oldu MMA Federasiyasında yeni təyinat

Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib.

 

Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

 

Federasiyanın prezidenti Azad Əsgərov da çıxışında qurumun inkişafı üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.

 

Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov yeni seçilmiş rəhbərliyi təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.