Artıq iki turniri başa çatan “Champions Chess Tour” onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb.
SHOWNEWS.AZ xəbər verir ki, iki turnirin nəticəsinə görə seriyaya qrossmeysterimiz Teymur Rəcəbov başçılıq edir. Sıralamada ikinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni Levon Aronyan tutur. Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen isə ümumi hesabda dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 10 turnirdən ibarət olacaq “Champions Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.
Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki - “Skilling Open” yarışında da təmsilçimiz prinsipial qarşılaşmada erməni rəqibinə qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.
// Publika.az