Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "DUBAY MARAFONU" - FOTOLAR

Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "DUBAY MARAFONU" - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.

Ölkəmizi bu yarışda Elçin Bəkirov təmsil edib.

İdmançımız marafon məsafəsini 2:46:38 nəticə ilə başa vurub. Bəkirov mükafatçılar sırasına düşə bilməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda təmsilçimiz 56-cı yerin sahibi olub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildə keçirilib.