Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

MMA döyüşçümüz Mehman Məmmədov Azərbaycana kəmər qazandırdı

MMA döyüşçümüz Mehman Məmmədov Azərbaycana kəmər qazandırdı

Azərbaycanlı MMA döyüşçüsü Mehman Məmmədov Azərbaycana kəmər qazandırıb.
SHOWNEWS.AZ-ın xəbərinə görə, Moldovanın paytaxtı Kişinyovda keçirilən “Eagles FC” turnirinin növbəti yarışında gecənin əsas döyüşü Mehmanla Belarus idmançısı Yevgeni Sibirski-Manko arasında olub.

Pandemiya səbəbindən dəfələrlə təxirə salınan kəmər döyüşü ən yüngül çəkidə (48-51 kq arası) baş tutub. Döyüş idmançımızın qələbəsi ilə başa çatıb. Bu, Mehman Məmmədovun peşəkar MMA yarışlarında dördüncü qələbəsi olub. Rəqibi isə karyerasının altıncı məğlubiyyəti ilə barışmalı olub.

 

Qeyd edək ki, son illər ölkəmizdə məşhurlaşan MMA yarışlarında Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatının Qran Pri kəmərini və Nəriman Abbasov Rusiyanın “Fight Nights” təşkilatının kəmərini qazanıb.