Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Güləşçimiz erməniyə qalib gəlib

Güləşçimiz erməniyə qalib gəlib

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

SHOWNEWS.AZ xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib.

Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb.

Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) 10:0
1/4 final: Əfqan Xaşalov - Razvan Kovaçs (Rumıniya)

65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan) 2:1
1/4 final: Əli Rəhimzadə

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) 10:0
1/4 final: Turan Bayramov

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) 9:0
1/8 final: Rəşad Yusifli - Oktay Hasan (Bolqarıstan)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) +:-
1/4 final: Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:

https://uww.org/event/european-championships-23