Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı bodibilder AVROPA ÇEMPİONU OLDU

Azərbaycanlı bodibilder AVROPA ÇEMPİONU OLDU

Azərbaycan komandası İspaniyanın Santa-Suzana şəhərində təşkil olunan bodibildinq üzrə Avropa çempionatında uğurla çıxış edibdlər.

SHOWNEWS.AZ xəbər verir ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, mens fizik yarışlarında mütləq koteqoriyada idmançımız Rasim Həsənov bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib olub.

 

Mens fizik yarışlarında boyu 182 santimetrdən yüksək olan idmançıların mübarizəsində təmsilçimiz İmaş Qulizadə bürünc medal qazanıb.

Avropa çempionatında 95 kiloqram çəki dərəcəsində iki idmançımız fəxri kürsüdə yer alıb. Fuad Quluzadə gümüş, Nizami Misirov isə bürünc medal əldə ediblər.