Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatı başa çatır.
“Qafqazinfo” xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının nümayəndələri iki medal qazanıblar.
Həsrət Cəfərov (67 kq) finalda Sahak Ovannisyana (Ermənistan) 7:0 hesabı ilə qalib gəlib və çempion olub.
Nihat Məmmədli (67 kq) bürünc qazanıb, Xasay Həsənli (72 kq) isə üçüncü yer uğrunda döyüşdə uduzub.