Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Bu barədə Milli Paralimpiya Komitəsi xəbər verir.
Məlumata görə, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub.
O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.
Azərbaycanın hazırda 8 qızıl və 2 bürünc medalı var. Ölkəmiz 6-cı pillədə qərarlaşıb.