Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 9-cu qızıl medalını qazanıb.
SHOWNEWS.AZ xəbər verir ki, qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.
O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.
Ölkəmizin aktivində hazırda 11 medal var. Onlardan 9-u qızıl, 2-si isə bürüncdür.