Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yunan-Roma güləşçilərimizdən ÜÇÜNCÜ QIZIL MEDAL

Yunan-Roma güləşçilərimizdən ÜÇÜNCÜ QIZIL MEDAL

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

SHOWNEWS.AZ xəbər verir ki, 130 kq-da yarışan idmançımız  Nikita Kovalski (Belarus) ilə qarşılaşıb. Məmmədov 4:0 hesabı ilə qalib gələrək 1-ci yerə çıxıb.

 

Bununla da, təmsilçimiz Azərbaycana 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bundan əvvəl Nihad Quluzadə və Həsrət Cəfərov qızıl medalın sahibi olublar.