Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Həbib, çamadanım hazırdır, səni gözləyirəm" - Nəriman Abbasov

"Həbib, çamadanım hazırdır, səni gözləyirəm" - Nəriman Abbasov

"Allah Əbdülmanaf Nurməhəmmədova rəhmət etsin, ruhu şad olsun. Bu qələbəni ona həsr edirəm".

"Report"un məlumatına görə, bunu azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurova qalib gəldiyi titul döyüşündən sonra deyib.

27 yaşlı idmançı vida döyüşünü ona qarşı keçirən Zavurova təşəkkür edib: "Şamilə sonrakı karyerasında uğurlar arzu edirəm".

UFC-yə keçməyə hazırlaşan Abbasov Nurməhəmmədova da üz tutub: "Həbibə demək istəyirəm ki, çemodanım hazırdır. Səni gözləyirəm".

Zavurov isə Abbasovun ondan güclü olduğunu etiraf edib: "Təəssüf ki, vida döyüşümdə uduzdum. Bu gün Nəriman məndən güclü idi. O, əsl çempiondur. Layiqli qələbə qazandı".

Qeyd edək ki, Nəriman Abbasov Şamil Zavurova ilk raunddaca nokautla qalib gəlib.