Azərbaycanlı idmançı, "ağ canavar" ləqəbli Eduard Məmmədov kikboksinqin "kick lite" növündə döyüşərək WAKO versiya üzrə dünya çempionu olub.
SHOWNEWS.AZ xəbər verir ki, final döyüşündə E.Məmmədov ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək 6-cı dəfə bu versiya üzrə çempion oldu.
63 kq çəki dərəcəsində döyüşən idmançımız bununla da bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub. İdmançı qələbəsini 44 günlük müharibədə vəfat etmiş şəhidlərin ruhuna həsr etdiyini bildirib.