Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Taekvondoçularımız Avropa çempionu oldu

Taekvondoçularımız Avropa çempionu oldu

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

 Federasiyanın mətbuat xidməti xəbər verir ki, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

 

İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.