Azərbaycanın kikboksinq üzrə məşqçisi, Kikboksinq Federasiyasının təməlini qoyanlardan biri Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.
Bu barədə Federasiya məlumat yayıb. 46 yaşında dünyasını dəyişən C.Abbasov eyni zamanda I Qarabağ müharibəsinin qazisi olub.
Allah rəhmət eləsin!