Ukraynanı təmsil edən azərbaycanlı Olimpiya vitse-çempionu Pərviz Nəsibov Xorvatiyada keçirilən yarışda qızıl medal qazanıb.
Bu barədə Ukraynanın Yunan-Roma Güləşi Federasiyasından məlumat verilib.
Həmyerlimiz yanvarın 29-30-da baş tutan “Grand Rrix Zagreb Open 2022” turnirində 72 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib.
Xatırladaq ki, Pərviz Tokioda keçirilən Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb. Onun bu naliyyəti Ukrayna hökuməti tərəfindən yüksək qiymətləndirilib. Güləşçi pul mükfatı və medalla yanaşı, mənzillə də təmin edilib.