Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qadın karateçimiz İrina Zaretska QIZIL MEDAL QAZANDI

Qadın karateçimiz İrina Zaretska QIZIL MEDAL QAZANDI

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

SHOWNEWS.AZ xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb.

 

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub olaraq 5-ci yeri tutub.

Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.